Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gədəbəydə 22.2 km. uzunluğa malik avtomobil yolları yenidən qurulur

Gədəbəydə 22.2 km. uzunluğa malik avtomobil yolları yenidən qurulur


Newscenter.az.11.05.2019. Gədəbəy rayonunda 22.2 km. uzunluğa malik avtomobil yolları yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, başlanğıcını respublika əhəmiyyətli Gədəbəy-Şəmkir avtomobil yolundan götürən Arıqdam-Söyüdlü-Soyuqbulaq avtomobil yolu 2 istiqamət üzrə yenidən qurulur. Bu 16 km. uzunluğa malik Arıqdam-Soyuqbulaq və 6.2 km. uzunluğa malik Soyuqbulaq-Günəşli avtomobil yollarıdır. Sözügedən yollar 4-cü texniki dərəcəyə uyğun inşa edilir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun 14 km-lik hissəsində normativ eni almaq üçün dağ yamacları mexanizmlə kəsilərək yolda geişləndirmə işləri aparılıb, bəzi hisslərdə torpaq yatağının 1 metr qalınlıqda yuyularaq azalmış hissələri xüsusi qrup qruntla doldurub, bundan başqa yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb və əks dolğu işləri görülərək yeni torpaq yatağı inşa edilib.

Yolların əsaslı şəkildə yenidən qurulmasında məqsəd vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını rahatlaşdırmaqla qeyd olunan ərazilərdə vətəndaşların sosial rifah halına müsbət təsir edən kənd təsərrüfatının və turizmin inkişafını sürətləndirməkdir.
Anar
Xəbəri paylaş