Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda zəncirvari qəza



Newscenter.az.2.08.2019. Bir qədər əvvəl R.Rüstəmov küçəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Newscenter.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən opel markalı minik avtomobili digər nəqliyyat vasitəsinə dəyərək əks istiqamətdə gələn nəqliyyat vasitələrinin yoluna çıxıb.

Daha sonra Qara Qarayev prospekti istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan (99 XJ 582 Dövlət Qeydiyyat Nişanı) avtobusun qarşısına çıxaraq avtobusa dəyib. Sərnişinlər arasında xəsarət alan yoxdur.
Hazırda qəza ilə bağlı Bakı Nəqkiyyat Agentliyi tərəfindən də araşdırma aparılır.
Anar
Xəbəri paylaş