Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ruslan Vəliyev: "Azərbaycan Dövlət Aqrar Universiteti sürətlə inkişaf edir"



Newscenter.az.12.10.2019.
İqtisadiyyatımızda prioritet istiqamət olan aqrar sektor ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycan Dövlət Aqrar Universiteti aqrar sektorun, aqrar təhsilin və elmin inkişafında gördüyü işlər bu gün də davam edir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin universitetin inkişafında rolo danılmazdır. Kənd Təsərrüfatı naziri hörmətli İnam Kərimovun son bir ildə universitetə dörd dəfə etdiyi səfər və hərbirində tələbələr ilə semimi görüşməsi, aqrar gəncliyi təhsilində dahada məsuliyyətli edir.

Son illərdə universitetin inkişafı məqsədilə dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına genişmiqyaslı işlər həyata keçirilib.
Bu gün tələbələrin müasir standartlara uyğun bilik əldə etməsi məqsədilə universitetdə tam şərait yaradılıb ki, bu da təhsil müəssisəsinin üzərinə düşən vəzifələrin həllinə doğru atılan addımları daha da sürətləndirir. Məqsəd mütəxəssis hazırlığının keyfiyyətini daha da yaxşılaşdırmaq üçün tədris prosesini təkmilləşdirmək, innovasiyalı təhsilə keçməklə universitetin reytinqini yüksəltməkdir. Bütün bunların təmin edilməsində zəngin maddi-texniki baza, zəruri tədris avadanlıqları ilə təminat, pedaqoji heyətin peşəkarlığı və tələbələrin fəal təhsilə cəlb edilməsi böyük əhəmiyyət kəsb edir.
Universitetin hazırkı zəngin maddi-texniki bazası ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin çoxundan fərqlidir. Son illərdə tədris korpuslarının müasir standartlara uyğun təmiri, yeni tədris laboratoriyalarının quraşdırılması, yüksək zövqlə inşa edilib istifadəyə verilən sayı iki olan 520 yerlik tələbə yataqxanaları-“Tələbə evləri” bütün sadalananlara tam cavab verir. Hər iki tələbə evinin açılışında Ölkə başçısı Möhtərəm cənab Prezidentimiz İlham Əliyev özü şəxsən iştirak edib.

Qeyri-neft sektorunda böyük rolu olan kənd təsərrüfatı ixtisasları üzrə mütəxəssis hazırlığının ölkəmiz üçün mühüm əhəmiyyəti də danılmazdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 24 may 2013-cü il tarixli 63 nömrəli Sərəncamı ilə 2013/2014-cü tədris ilindən başlayaraq ADAU-nun bakalavriat səviyyəsində olan ixtisaslar, o cümlədən torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, ekologiya, su bioehtiyatları və akvabitkilər, zootexniklik, baytarlıq, aqromühəndislik və s. ixtisaslar üzrə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında müəyən edilib. Həmçinin aqronomluq, baytarlıq, marketinq və.s ixtisaslarda tədris ingilis dilində olan quruplarda var. Aqrar təhsilin təbliği layihəsi çərçivəsində Azərbaycanın müxtəlif şəhər və rayonlarında universitetin rektoru İbrahim Cəfərov özü şəxsən orta məktəblərdə olur, məktəblilər ilə görüşür, onlara ADAU haqqında məlumat verir. Gəncə və ətraf rayonlarında olan məktəblilər isə öz müəllimləri ilə birlikdə ADAU-ya məxsus avtobuslarla tədris korpuslarını, laboratoriyaları, müzeyi, kitabxananı, elektron kitabxananı ziyarət edirlər ki, bütün bunlar da şagirdlərdə, onların müəllim və valideynlərində universitet haqqında xoş təəssürat yaradır, əhatəli məlumat bazası zənginləşir və formalaşır.
Son illərdə bu ixtisaslara tələbə qəbulu planı əvvəlki illərə nisbətən daha çox, bəzilərində isə 100 faiz yerinə yetirilib.
Universitetdə tələbələrə diqqət və qayğı yüksək səviyyədədir. Konkret faktlar da deyilən fikiri təsdiq edir. Sessiya imtahanlarının çoxu əsasən kompüter vasitəsilə test formasında qəbul edilir ki, bu da şəffaflığın və obyektivliyin tam təmin olunması deməkdir. Son illərdə tələbələrin təhsilə marağının artırılması məqsədilə xeyli sayda kompyuter alınıb. Bununla yanaşı xeyli sayda smart-lövhə, nootbuk, proyektor, mikroskop, plotter, elektron tərəzi və s. alınaraq tələbələrin istifadəsinə verilib.
Tələbələrin intellektual səviyyəsinin artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə son illərdə tələbələr üçün ödənişsiz ingilis dili, kompyuter və dizayn üzrə kurslar yaradılıb. Bunlarla yanaşı müxtəlif növ oyunlar, olimpiadalar, inşa müsabiqələri keçirilir, nəticələrinə görə fərqlənənlərə fəxri fərmanlar və pul mükafatları verilir.
Son imtahan sessiyalarında imtahanları “əla” qiymətlərlə başa vuran tələbələrin sayı əvvəlki sessiyaların nəticələri ilə müqayisədə yüksəkdir və bu da tələbələrin təhsilə marağının və məsuliyyətinin daha da artmasını göstərir.
Universitetə yüksək basla qəbul olan tələbələrə yüksək məbləğdə təqaüdün verilməsi və bu kili stimullaşdırıcı tədbirlər tələbələri daha yaxşı oxumağa, universitetin ictimai həyatında fəal iştirak etməyə ruhlandırır. Hal-hazırda ADAU-da aylıq 400 azn-dən yüksək təqaüd alan tələbələr var.
Tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi, dərinləşdirilməsi və sonrakı əmək fəaliyyətində istifadəsinin təmin edilməsində istehsalat təcrübələrinin böyük rolu danılmazdır. Bu baxımdan universitet qabaqcıl şirkət, müəssisə və təsərrüfatlarla işgüzar əlaqələr yaradıb, müqavilələr bağlayıb.
2009-cu ildən başlayaraq universitetdə hər il məzun yarmarkaları keçirilir. Sonuncu dəfə 2019-cu il keçirilən yarmarkada respublikanın ən böyük şirkət, müəssisə və təsərrüfat nümayəndələri iştirak edib, məzunlara çoxlu sayda iş yeri təklif olunub. Məzun yarmarkalarında Kənd Təsərrüfatı Nazirliyinin və Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi iştirak edir.

Professor-müəllim heyəti arasında yaşlı və fiziki cəhətdən zəif olanların cavan və perspektivli gənclər hesabına möhkəmləndiriliməsi bu gün qarşıda duran əsas məsələlərdəndir. Son illər bu sahədə müəyyən işlər görülüb, hazırda da qətiyyətlə davam etdirilir. Magistraturanı və doktoranturanı müvəffəqiyyətlə bitirən, müasir innovativ düşüncə tərzinə malik, xarici dil bilikləri olan gənclərin pedaqoji işə cəlb olunması çox vacib məsələlərdəndir. Mütəxəssis hazırlığının keyfiyyətini daha da yüksəltmək üçün belə tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Milli mentalitet baxımından da tələbə-müəllim münasibətləri universitetdə daha fərqlidir, hər bir əməkdaş, hər bir tələbə daim diqqət mərkəzindədir. Yubileyləri olan işçilərə statusuna uyğun rektorun müvafiq əmrləri ilə təşəkkürlərin elan edilməsi, hədiyyələrin verilməsi, təntənəli təbriketmə mərasimlərinin keçirilməsi artıq ənənə şəklini alıb. Tələbələrə qayğı, diqqət daha qabarıqdır. Hər hansı bir məsələ ilə əlaqədar tələbə müraciət etdiyi halda, ona dekanlıqlar səviyyəsində də, şöbələr səviyyəsində də operativ və diqqətlə yanaşılır. Bütün bu diqqət və qayğıya görə keçirilən tədbirlərdə tələbələr, xüsusən tələbə qızlar fəallıq göstərirlər.

Qarşıda bu gün daha ciddi məsələlər dayanır. Bütün sahələrdə böyük irəliləyişlər əldə edilən Azərbaycanda, aqrar bölmənin inkişafı daha prioritetdir. Axı, Azərbaycan kənd təsərrüfatının inkişafı üçün kifayət qədər münbit iqlimə, zəngin təbii resurslara malikdir. Qeyri-neft sektorunun inkişafına xüsusi qayğı göstərən Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri icra etmək üçün zəngin flora və faunası olan Azərbaycanın kənd təsərrüfatının strateji inkişafı günün vacib məsələlərindəndir. Bərəkət mənbəyi olan torpağın elmi sirlərini öyrənmək uğurlarımızın açarıdır.

Tam əminliklə deyə bilərik ki, zəngin tarixi ənənələrə malik olan Azərbaycan Dövlət Aqrar Universiteti həmişə olduğu kimi, bundan sonra da dövlətimizə, dövlətçiliyimizə sadiqliyini qoruyacaq, qarşıda duran əzəmətli vəzifələri uğurla yerinə yetirəcəkdir.

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və İdarəetmə fakultəsinin Menecment ixtisasının 4-cü kurs tələbəsi Ruslan Vəliyev.
Xəbəri paylaş