Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qida əlavələrinin təhlükəsizliyinə dair beynəlxalq seminar keçirilib



Newscenter.az.25.11.2019. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə təşkilatçılığı ilə Bakıda “Qida Əlavələrinin Təhlükəsizliyi” adlı beynəlxalq seminar keçirilib.

Newscenter.az-a AQTA-dan bildirilib ki, seminarın keçirilməsində əsas məqsəd qida sənayesində qida əlavələrinin istifadəsində beynəlxalq təcrübələrin, metodologiya və təcrübələri müzakirə etməkdir. Ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi insan sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir, lakin bu təşəbbüsün həyata keçirilməsi son illərdə qlobal səviyyədə daha da çətinləşib. Çünki ərzaq məhsullarının istehsalı, emalı və konservləşdirilməsi daha da mürəkkəb xarakter alıb və bu da öz növbəsində qida əlavələrindən istifadəyə tələbatı artırıb.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnistitutunun sədr müavini Camal Quliyev və USAİD-in Azərbaycandakı missiyasının direktor əvəzi Eileen Louless seminar iştirakçılarını salamlamış və bu cür platformanın, informasiya mübadiləsi, təcrübənin paylaşılması, bilik və bacarıqların əldə edilməsi, eləcə də ərzaq məhsullarının istehsalı ilə məşğul olan sahibkarları cəlb etməklə müzakirələrin aparılması və xarici tərəfdaşlarla əməkdaşlığın qurulması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Tədbirdə təxminən 50 yerli istehsalçı və sahibkar, o cümlədən dövlət və beynəlxalq donor təşkilatlarının nümayəndələri iştirak ediblər. Forumda Türkiyənin Ankara və Qazi Universitetlərinin professorları, dietoloqların, AQTA, AQTİ və Kənd Təssərrüfatı Nazirliyinin nümayəndələri təqdimatla çıxış etmişdirlər.

Orxan
Xəbəri paylaş