Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Türkiyənin bu addımı böyük gərginlik yaradacaq” – Rus general



Newscenter.az.29.12.2019. "Türkiyə yüksək hərbi potensialına baxmayaraq, eyni anda iki genişmiqyaslı quru əməliyyatı keçirə bilməyəcək. Buna görə də Liviya Milli Sülh Hökumətinə (UMH) verdiyi dəstək Xəlifə Haftarın qoşunlarına dəniz və hava hücumları ilə məhdudlaşacaq".

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin keçmiş rəisi, general-polkovnik Leonid İvaşov belə deyib.

Generalın sözlərinə görə, Türkiyə Liviyadakı münaqişəni hərbi yolla həll etmək qərarına gəlsə, dəniz və havadan zərbələr endirməklə məhdudlaşacaq:

"Ankaranın ora quru əməliyyatları üçün qüvvə göndərməsi ehtimalı azdır, çünki bu, olduqca çətin və baha başa gəlir. Türkiyənin Suriyadakı fəaliyyətini də nəzərə alsaq, bu iki cəbhədə müharibə demək olacaq. Üstəlik, türk əsgər və zabitlərinin evdən kənarda vuruşmağa can atdıqlarını düşünmürəm".

Leonid İvaşov Liviyaya müdaxilənin Türkiyə üçün ciddi problemlər yaradacağını da istisna etməyib:

"Türk müdaxiləsi türklər və ərəb dünyası arasında daha bir qlobal qarşıdurmaya səbəb ola bilər. Məsələn, Türkiyə qoşunlarının bu ölkəyə daxil olması vəziyyətində Misir və bölgənin digər dövlətləri Haftara hərbi dəstək verə bilərlər".

Teleqraf.com
Xəbəri paylaş