Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası başlayıb



Newscenter.az.28.02.2020. Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti iclası keçirilir.

“Report”un verdiyi məlumata görə, sayca VI olan iclasa 13 ölkədən rəsmilər qatılıb.

Belə ki, Məşvərət Şurasının budəfəki iclasında Avropa Komissiyasının Enerji Direktorluğunun Baş direktorunun müavini Klaus-Dieter Borchardt, Cənub Qaz Dəhlizi layihəsinə cəlb edilmiş ölkələrdən - Türkiyənin Energetika və Təbii Sərvətlər nazirinin müavini Alparslan Bayraktar, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava, İtaliyanın İqtisadi İnkişaf nazirinin müavini Alessandra Todde, Yunanıstanın Ətraf Mühit, Enerji və İqlim Dəyişikliyi nazirinin müavini Gerassimos Tomas, Bolqarıstandan isə Energetika naziri Temenujka Petkova iştirak edir.
Xəbəri paylaş