Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər bir xalqın dili önun kimliyi, milli mənsubiyyətidir

Hər bir xalqın dili önun kimliyi, milli mənsubiyyətidir


“Hər bir xalqın dili önun kimliyi, milli mənsubiyyətidir. Təsadüfi deyilməyib ki, bir milləti məhv etmək, onu tarix səhnəsindən siımək üçün ilk növbədə dilini əlindən almaq lazımdır. Bu bir acı həqiqətdir ki, Azərbaycan xalqını, dövlətini məhv etmək üçün tarixin müxtəlif dövrlərində onun dilinə, milli kimliyinə qarşı represiyalar olmuş, dilimizi sıradan çıxarmağa çalışmışlar. Müstəqillik illərinə qədər zaman-zaman belə bir təhlükələrlə üzləşmişik”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı danışarkən səsləndirib:

“Düzdür, sovetlərin zamanında da Azərbaycan rəhbərliyində təmsil olunan ümummilli lider Heydər Əliyev bütün imkanlardan istifadə edərək mərkəzin milli kimliyimizə, dilimizə, əlifbamıza yönəlik siyasətinin qarşısını almağa çalışır, Moskvadan bu istiqamətdə Bakıya istiqamətlənmiş təzyiqləri zərərsizləşdirirdi. Müstəqillik illərindən sonra isə əlifba və dilimizin daha möhkəm təməllər üzərində formalaşması, inkişaf etməsi istiqamətində sistemli addımlar atıldı. Təbii ki, qeyd edilən istiqamətdə yenə də Ulu Öndərin fəaliyyəti diqqət çəkirdi. İkinci dəfə siyasi halimiyyətə qayıtdıqdan sonra Ulu Öndər bütün istiqamətlərdə olduğu kimi Azərbaycan əlifbası və dilinin qorunması, onun inkişaf etdirilməsi, yad təsirlərdən mühafizə edilməsi istiqamətində məqsədyönlü addımlar atdı”.

Arzuman Muradlı xatırladıb ki, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra, SSRİ dövründə məcbur qəbul edilmiş qərarların yenidən baxılmasına başlandı. Onun sözlərinə görə, belə qərarlardan biri əlifba ilə bağlı oldu:

“Belə ki, 1939-cu ildə Sovet İttifaqı rəhbərliyinin tapşırığı ilə Azərbaycada latın qrafikalı əlifbadan kiril qrafikalı əlifbaya keçilmişdi. Müstəqillik əldə etdikdən sonra yenidən latın qrafikası əlifbaya keçilməsi təklifi irəli sürüldü. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. 2001-ci il avqustun 1-də bütün respublika ərazisində kiril qrafikalı əlifbanın tətbiqi dayandırıldı”.

İctimai Birlik sədri qeyd edib ki, Azərbaycan Prezidenti Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı fərman əsasında avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunmağa başlanıldı:

“Bu fərman milli kimliyimizə, dilimizə, əlifbamıza bağlılıq, onun qorunması, yad təsirlərdən mühafizə edilməsinə yönəlmiş dövlət siyasəti idi. Bu eyni zamanda xalqımıza öz tarixi keçmişini, dilini unutmamaq üçün ünvanlanmış bir mesaj idi”.

Süleyman
Xəbəri paylaş