Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin Qazaxıstanda üçüncü AES tikəcək

Çin Qazaxıstanda üçüncü AES tikəcək


Çin Qazaxıstanda üçüncü Atom Elektrik Stansuyası (AES) tikməyi planlaşdırır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Çin Milli Nüvə Korporasiyası da daxil olmaqla üçüncü atom elektrik stansiyasının tikintisi üzrə potensial təchizatçılarla danışıqlar aparılır.

Bundan əvvəl Rusiyanın “Rosatom” şirkəti Qazaxıstanda ilk atom elektrik stansiyasının tikintisi layihəsi üzrə beynəlxalq konsorsiumun lideri kimi tanınıb. İkinci yerdə Çin Milli Nüvə Korporasiyasının təklifi, üçüncü yerdə isə Électricité de France və Korea Hydro & Nuclear Power şirkətləri qərarlaşıb.

İkinci və üçüncü atom elektrik stansiyaları üçün yüksək güclü reaktorlarla yanaşı, kiçik və orta güclü reaktorlar da nəzərdən keçirilir.

Anar Əliyev
Xəbəri paylaş