Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pezeşkianın Azərbaycan siyasətində açılım planı

Pezeşkianın Azərbaycan siyasətində açılım planı


"İran prezidenti M.Pezeşkian Azərbaycanla bağlı çox önəmli siyasi açıqlama verib. Məsud Pezeşkian Zəncan əyalətinə səfəri zamanı Azərbaycanla münasibətlərə dair deyib ki, Azərbaycan bizə doğmadır! Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilməyim? Biz əlaqə qura bilmirik, amma İsrail bunu bacarır? Bacı-qardaşlarımızla düzgün və mehriban münasibət qura bilməməyimizdə problemin harada olduğunu görməliyik”, - deyə, M.Pezeşkian qeyd edib.

İran prezidenti əlavə edib ki, əgər iki qonşu ölkə arasında münasibət qurulmursa, bunun məsuliyyəti İran tərəfinin üzərindədir: “Əlaqə yaradılmayıbsa, günah bizdədir”.

Newscenter.az-ın xəbərinə görə, İran prezidentinin fikirlərini şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Pezeşkian bununla mühafizəkarları ittiham edib:

"Həmçinin M. Pezeşkian Azərbaycanla sıx əməkdaşlıq etmək istəyir. Amma, bu əməkdaşlığın inkişaf etdirilməsinə parinarist -muhafizakar dairə imkan vermir. Bununla da M.Pezeşkian problemin İranda olduğunu qeyd etməklə, xalqa açıq mesaj verdi.
Qeyd edim ki, İranda hökumətdə təmsil olunan islahatçılar və onların rəhbəri M. Pezeskian sistem daxilində islahatlar aparmaq niyyətindədir. Prezident mühafizəkarların xarici siyasət xəttinə tabe olmaq istəmir və sistem daxilində "inqilab" etmək niyyətindədir. İranın hazırkı durumunun səhv xarici siyasətdə olduğunu vurğulayır".

Politoloqun sözlərinə görə, Pezeşkianın bu açıqlaması, bir daha göstərir ki, İranın kütləvi informasiya vasitələrində və dövlət rəsmilərinin anti-Azərbaycan siyasəti düşünülmüş şəkildə, sistemli həyata keçirilir:

"Ona görə də M.Pezeskianın bu siyasəti müsbət nəticə verməyəcək. Hakim mühafizəkar kəsimin prezidentə ciddi təzyiqlər etməsi mümkündür. Demək olar ki, prezident aparatı ilə Xamneiə bağlı qurum arasında fikir ayrılıqları siyasi qarşıdurmaya keçə bilər.

Hazırda İranın Azərbaycan siyasəti ənənəvi şəkildə Tehran tərəfindən davam etdiriləcək. Baxmayaraq ki, prezident İlham Əliyev İranla siyasi və iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Bunun üçün aydın siyasət ortaya qoyub. Amma, rəsmi Tehrandan adekvat siyasət sərgilənmir".

Məhəmməd Əsədullazadənin qənaətincə, ABŞ və İsrail tərəfindən İrana növbəti hərbi əməliyyatlar keçirilib, Ə.Xamnei və digər söz sahibi olan qruplar zərərləşdirilsə, Pezeşkian İranda açılım siyasətinə gedə bilər.

Süleyman
Xəbəri paylaş