Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kəmaləddin Heydərovun bu göstərişi nazirlikdə ciddi etiraz yaradıb

[u][/u]


Newscenter.az.1.03.2020. Son günlər Fövqəladə Hallar Nazirliyi, eləcə də nazir Kəmaləddin Heydərov ətrafında xoşagəlməz olaylar cərəyan edir. Nazirliyin xanım generalının Nikolaya olan sevgisi barədə KİV-lərdə yayılan xəbərlərə aydınlıq gətirilmədən bu dəfə FHN şefi daha bir addımı ilə diqqət çəkib.

Newscenter.az-ın İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlliyə istinadən verdiyi xəbərə görə,
Fövqaladə Hallar Nazirliyində və baş idarələrində fəaliyyət göstərən yeməkxanalar fəaliyyətini dayandırıb:

"Artıq bir neçə gündür işləməyən yeməkxanaların Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baglandıgı bildirilir. Lakin nazirlikdən olan başqa etibarlı mənbə bildirir ki, yeməkxanalar şəxsən nazir Kəmaləddin Heydərovun göstərişi ilə fəaliyyəti dayandırılıb. Çox yemək zərərlidir".

Əldə etdiyimiz başqa bir məlumata görə, nazir Heydərovun bu göstərişi FHN, eləcə də onun idarələrində ciddi etirazla qarşılanıb. Çünki əksər nazirliklərdə olduğu kimi, FHN və onun idarələrində fəaliyyət göstərən yeməkxanalarda qiymətlər nazirlik əməkdaşlarının büdcələrinə uyğun şəkildə kifayət qədər ucuz olub.

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

NEWSCENTER.AZ
Xəbəri paylaş