Newscenter.az.1.03.2020. Türkiyə Suriyanın İdlib vilayətində 27 fevral tarixindən “Bahar qalxanı” əməliyyatına başlayıb.
Bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulisi Akar bildirib.
Onun sözlərinə görə, əməliyyatın məqsədi Rusiya ilə qarşıdurma yaratmaq deyil:
“Əsas məqsəd Suriya rejiminin qətliamına son qoymaq, rejim tərəfindən törədilən cinayətlərin və miqrasiya dalğasının qarşısını almaqdır”.
H. Akar həmçinin qeyd edib ki, əməliyyat çərçivəsində Əsəd rejiminə məxsus 1 PUA, 8 helikopter, 103 tank, 72 haubitsa, 3 hava hücumundan müdafiə sistemi məhv edilib və 2 212 hərbçi zərərsizləşdirilib.