Newscenter.az.1.08.2020. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son on yeddi ildə regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirmişdir. Bunun üçün ölkə başçısı tərəfindən müvafiq göstərişlər verilir, bir çox sosial obyektlər inşa edilir. Bunun nəticəsidir ki, rayonlarda sosial-iqtisadi sahədə yaxşı inkişaf var, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da yüksəltməklə yanaşı, bölgələrin inkişafına da əhəmiyyətli şəkildə təsir göstərməkdədir.
Ölkəmizdə pandemiyaya və neft bazarındakı qeyri-müəyyənliklərə baxmayaraq bu il də sоsial layihələr və iqtisadi prоqramlar uğurla həyata keçirilməkdədir. Eyni zamanda bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. Bununla yanaşı şimal-qərb zonasında ənənəvi kənd təsərrüfatı sahəsi olan fındıqçılığın inkişafı ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə konkret addımlar atılır. Cənab Prezidentin də vurğuladığı kimi əsas məsələ odur ki, insanlar daha da yaxşı yaşasınlar, öz maddi vəziyyətlərini yaxşılaşdırsınlar. O insanlar ki, hələ öz maddi vəziyyətlərini tam təmin edə bilmirlər, onların köməyinə dövlət gəlir. Bu gün Azərbaycanda 84 min ailə ünvanlı sosial yardım alır. Bu il 90 min insan üçün ictimai ödənişli iş yerləri açılır. Bu istiqamətdə ABAD mərkəzlərinin yaradılması, əslində, özünüməşğulluq proqramının tərkib hissəsidir.
Prezident İlham Əliyevin böyük uzaqgörənliklə, müasir dövrün çağırışlarına uyğun reallaşdırdığı, milli maraqlarımızın ən ali norma prinsiplərini özündə ehtiva edən inkişaf strategiyası Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, dövlətçilik mənafelərinin qorunmasını, onun dinamik inkişafını, sosial-iqtisadi tərəqqisini sürətləndirməklə yanaşı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, dünya birliyinə sürətli inteqrasiyasına böyük töhfələr verməkdədir. Ölkə başçısının hərtərəfli əsaslandırılmış strateji inkişaf kursu əlverişli geosiyasi mövqeyə, zəngin təbii-iqtisadi potensiala malik olan Azərbaycanı bütün dünyaya siyasi və makroiqtisadi baxımdan sabit məkan, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal və regional enerji, nəqliyyat-kommunikasiya layihələrinin fəal iştirakçısı, tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daim inkişaf etdirən, bütün bəşəriyyəti narahat edən məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq tədbirlər məkanı kimi tanıtdı, ona olan etimadı daha da möhkəmləndirdi. Dövlət başçısının həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan qısa müddətdə dünyanın sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən birinə çevrilmişdir.
Hökumətin regionların inkişafına xüsusi diqqətlə yanaşması, ilk növbədə, Azərbaycanda hər bir bölgənin inkişafına əsaslanan yeni strategiyanın qurulması, bununla da regionlarda sahibkarlığın inkişafını sürətləndirmək və oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə etməklə iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarətdir.
Anar MƏMMƏDOV
Milli Məclisin deputatı