Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sakinlərlə maarifləndirici söhbətlər aparılıb



Newscenter.az.10.08.2020. Şabranda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmasına istiqamətində Operativ Qərargah tərəfindən təyin olunmuş qaydalara rayon ərazisində əməl olunması ilə bağlı reyd keçirilib. Reyddə Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov və Şabran Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhəmməd İbrahimov da iştirak ediblər.

Newscenter.az xəbər verir ki, reyd əsasən rayon ərazisində xidmət göstərən ticarət mərkəzlərində və digər qapalı obyektlərdə baş tutub. Sakinlərə pandemiya ərəfəsində həyata keçirilən tədbirlər barəsində geniş məlumatlar verilib, onlarla maarifləndirici söhbətlər aparılıb. Eləcə də tibbi maskadan istifadənin və sosial məsafənin gözlənilməsinin vacibliyi diqqətə çatdırılıb.

Keçirilən reyd zamanı Operativ Qərargah tərəfindən təyin olunmuş qaydaları pozan sahibkarlar və rayon sakinləri barəsində qanun çərçivəsində tədbirlər görülüb.

Mehman
Xəbəri paylaş