Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionlarda ailə dəyərləri təbliğ edilir

Regionlarda ailə dəyərləri təbliğ edilir


Newscenter.az.11.08.2020. Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsində qalib olmuş “Regionlarda ailə dəyərlərinin təbliği və gənc ailələrə psixoloji yardımın göstərilməsi” layihəsi uğurla davam edir.

Newscenter.az xəbər verir ki, layihədə tərəfdaş olaraq “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloq heyəti ilə birgə Bakı şəhəri o cümlədən, Lənkəran, Gəncə, Bərdə və Xaçmaz rayonlarında yaş məhdudiyəti olmadan müraciət edən vətəndaşlara ÖDƏNİŞSİZ ilkin psixoloji kosultasiyalar aparılır.

Layihə çərçivəsində hal-hazırda 01 avqust tarixindən bu günə qədər 108 nəfər vətəndaş müraciət edib.

Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi düzgün ailə psixologiyası modulunu problemli ailələrə aşılamaq, düzgün münasibətlər üzrə psixoloji maarifləndirməni aşılamaq, ailə daxili münaqişələrin aradan qaldırılmasına dəstək vermək, psixoloji xidmətin təkmilləşdirilməsinə dair tədbirləri genişləndirmək və münaqişəli ailə münasibətlərinin uşaqlara psixoloji cəhətdən təhlükəli zərbə olduğunu bildirməkdir.
Xəbəri paylaş