Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Anar Məmmədov: "Prezident İlham Əliyevin diqqəti sayəsində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası sürətlə aparılır"



Newscenter.az.13.08.2020. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti sayəsində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası sürətlə aparılır. Digər bölgələrdə olduğu kimi Goranboy rayonu və Naftalan şəhərində də infrastrukturun inkişaf etdirilməsi istiqamətində mütəmadi işlər görülür”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Anar Məmmədov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 avqust tarixli Sərəncamına əsasən təmsil etdiyim 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Goranboy rayonunun 2 kəndində - əhalisi 1018 nəfər olan Xınalı kəndində və əhalisi 819 nəfər olan Yolqular kəndlərində yeni subartezian quyuları qazılacaq:

“Goranboy rayonunun əsas problemlərindən biri olan su təminatı məsələsi ilk gündən bizim də diqqət mərkəzimizdədir. Vətəndaşların qəbulu zamanı su ilə bağlı problemlər tez-tez səsləndirilir və biz də öz səlahiyyətlərimiz çərçivəsində məsələlərin həlli istiqamətində əlimizdən gələni etməyə çalışırıq. Müvafiq təşkilatlar və icra orqanlarına seçicilərin müraciətlərini dərhal çatdırırıq. Artıq bu istiqamətdə müsbət nəticələr əldə olunmaqdadır”.

Deputat qeyd edib ki, yeni Sərəncama əsasən isə hər iki kənddə qazılacaq olan subartezian quyuları hər birimizin sevincinə səbəb olub:

“Subartezian quyularının istifadəyə verilməsi bu yaşayış məntəqələrində əhalinin içməli suya olan tələbatı ödəyəcəkdir. Mən də öz növbəmdə Xalqımıza, Goranboy rayon sakinlərinə göstərdiyi diqqət və qayğıya görə seçicilərim və öz adımdan cənab Prezidentimizə dərin təşəkkürümü bildirirəm”.

Mehman
Xəbəri paylaş