Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan əhalisinin sayı açıqlandı



Newscenter.az.14.08.2020. Azərbaycan əhalisinin sayı məlum olub.

Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2020-ci il iyulun 1-i vəziyyətinə görə əhalinin sayı 10 095 900 nəfərdir.

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.
Xəbəri paylaş