Newscenter.az.22.08.2020. Avqustun 22-də Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) onlayn formada qurultayı keçirilib.
Newscenter.az xəbər verir ki, sayca 6--cı qurultayda partiya həyatı ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilib.
Belə ki, qurultayın qərarı ilə DADP-nin adı dəyişdirilib və Milli Həmrəylik Partiyası adlanıb. Partiyanın yeni adı ilə bağlı yaxın günlərdə Ədliyyə Nazirliyinə müraciət ediləcək.
Qurultayda səs çoxluğu ilə Əlisahib Hüseynov Milli Həmrəylik Partiyasının sədri seçilib.
Anar