Newscenter.az.27.08.2020. Bakıda gözəllik salonunda oğurluq hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə avqustun 19-u gecə saatlarında paytaxtın Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən gözəllik salonlarının birində qeydə alınıb.
Belə ki, naməlum şəxs qapının kilidini sındırmaq yolu ilə 3 500 manat pul və 300 manat dəyərində mobil telefon oğurlayıb.
Daha sonra gözəllik salonunun rəhbərliyi bu barədə polis əməkdaşlarına müraciət edib.
Səbail Rayon Polis İdarəsində fakta görə başlanılan cinayət işi üzrə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Tamerlan Kuçiyev saxlanılıb.