Newscenter.az.27.08.2020. "Bu gün 338 sinifdə şagird sayı 40-dan yuxarıdır, 99.5%-də bu rəqəm 40-dan aşağıdır".
Bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, sinifdə maksimal şagird sayı normaları müəyyənləşəcək: "Planımız odur ki, məktəbə gələn hər bir şagirdə təlimatları özündə əks etdirən məlumat vərəqələri veriləcək"
E.Əmrullayev qeyd edib ki, böyük ehtimal soyunub-geyinmə otaqları mövcud şəraitdə imkan vermirsə, bədən tərbiyəsi fənni tədris olunmayacaq.