Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şagirdi məktəbə göndərib-göndərməməklə bağlı qərarı valideyn verəcək



Newscenter.az.27.08.2020. “Məktəblərin ənənəvi qaydada davam etməsini istəyiriksə, qoyulan qaydalara əməl edilməlidir”.

Bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Əgər hansısa ailədə kiminsə qızdırması varsa, şagirdin məktəbə gəlməməsinin tərəfdarıyıq.

Distant təhsil paralel davam etdirildiyinə görə valideynlərin uşaqlarını məktəbə göndərib-göndərməmək seçimini tanıyırıq. Bu seçim valideynlərin öhdəsinə buraxılır”, - nazir əlavə edib.
Xəbəri paylaş