Newscenter.az.31.08.2020. Avqustun 31-də Xəzər dənizində maqnitudası 3,3 olan zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 20:44-də qeydə alınıb.
Zəlzələnin ocağı 34 kilometr dərinlikdə yerləşib.