Newscenter.az.1.09.2020. Bakı Nəqliyyat Agentliyində, "BakuBus” MMC-nin istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 246 Dövlət Qeydiyyat Nişanlı avtobusda baş verən yanğın hadisəsi ilə əlaqədar komissiya yaradılıb.
Bu barədə Newscenter.az-a agentlikdən bildirilib.
Məlumata görə, hadisənin baş verməsi ilə bağlı məsələlər komissiya tərəfindən araşdırılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb.
Anar