Newscenter.az.1.09.2020. Neftçala rayonu ərazisindəki yüksək gərginlikli elektrik xətlərinin altına düşən torpaq sahələri şumlanaraq kol-kosdan təmizlənib.
Newscenter.az-a daxil olan məlumata görıə, Neftçala Rayon İcra Hakimiyyətinin tövsiyyəsi ilə Neftçala rayonu ərazisində yaşayış məntəqələrindən keçən yüksək gərginlikli xətlərdə gələcəkdə baş verə biləcək qəzalar zamanı yanğın hallarının qarşısının öncədən alınması məqsədi ilə rayonun bir çox yaşayış məntəqələrində olduğu kimi Boyat, Sarıqamış, Xəzər, Yuxarı Qaramanlı və Xol Qaraqaşlı kəndlərində də yüksək gərginlikli elektrik xətlərinin altına düşən torpaq sahələrinin şumlanaraq kol-kosdan təmizlənməsi işləri başa çatdırılıb.