Newscenter.az.2.09.2020. Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv-dövlətləri müdafiə nazirlərinin sentyabrın 4-də keçiriləcək görüşündə iştirak etmək üçün sabah Moskva şəhərinə yola düşəcək.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfər sentyabrın 6-dək davam edəcək.