Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda yeni siyasi münasibətlər formalaşır



Newscenter.az.5.09.2020. "Azərbaycanda yeni siyasi münasibətlər formalaşır".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov çıxış edib. O, bildirib ki, bu fonda dövlət başçısının aparıcı müxalifət partiyalarından birinin sədrini təbrik etməsi olduqca təqdirəlayiq haldır:

"Söhbət Prezident İlham Əliyevin Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədovu partiyanın qeydiyyatı münasibəti ilə təbrik etməsindən gedir. Mən bu barədə məlumatı partiyanın rəsmi Facebook səhifəsindən oxudum. Prezident İlham Əliyevin təbrikini İlqar Məmmədova Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev çatdırıb".

Partiya sədri qeyd edib ki, bu hadisəni siyasi partiyaların qeydiyyatı sahəsində baş verən müsbət dəyişikliklər baxımından həqiqətən də önəmli siyasi gəlişmə hesab etmək olar:

"Partiyalarla dövlətin münasibətləri keyfiyyətcə yeni mərhələyə keçir. Yeni siyasi konfiqurasiyanın formalaşması artıq öz müsbət nəticələrini verməkdədir. Yaxın aylarda ölkədə siyasi münasibətlərin tam sivil müstəviyə keçməsi istiqamətində önəmli proseslərin şahidi olacağıq".

Anar
Xəbəri paylaş