Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaz təchizatı sisteminin diaqnostikası çərçivəsində müzakirələr aparılıb



Newscenter.az.10.09.2020. Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə qaz təchizatı sisteminin diaqnostikası üzrə yaradılmış İşçi Qrupunun üzvləri və beynəlxalq məsləhətçi şirkətin nümayəndələri arasında videokonfrans keçirilib.

Energetika Nazirliyindən Newscenter.az-a verilən məlumata görə, tədbirdə ölkənin qaz təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahədə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması məqsədilə beynəlxalq məsləhətçi şirkət tərəfindən aparılan diaqnostik təhlillərə dair ilkin hesabat müzakirə edilib.

Qeyd edək ki, ölkədə qaz təchizatı sahəsində islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamı ilə Energetika Nazirliyinə həvalə edilib. Sərəncamda, həmçinin Energetika Nazirliyinin təklifləri əsasında “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsinin hazırlanması müddəası öz əksini tapıb.

Sevinc
Xəbəri paylaş