Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətimiz bir daha sübut etdi ki, ssiyasi mövqeyindən asılı olmayaraq onu düşündürən vətəndaşın həyatı və sağlamlığıdır



Newscenter.az.20.09.2020. "Tofiq Yaqublu ilə bağlı son günlər baş verən proseslərdən hər bir insan özü üçün fərqli nəticələr çıxara bilər. Mənim olanlara aid müşahidələrim ondan ibarətdir ki, həmişə olduğu kimi ənənəvi və yeni fürsətcillər aktivləşmişdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Xəyal Bəşiorv səsləndirib. O, qeyd edib ki, onu həqiqətən sevənlər və səmimi olaraq onun azadlığa qovuşmasını istəyib bunun uğrunda əlindən gələni edənlər də az deyildi:

"Ancaq onların arxasında çox böyük münafiqlər dəstəsi də var idi ki, bu olaydan bütün istiqamətlərdə, müxtəlif platformalar vasitəsi ilə, o cümlədən də sosial şəbəkələrdə özləri barəsində təəssübkeş obrazı yaratmaq üçün maksimum istifadə etməyə çalışdılar. Dövlət də bu hadisədən özü barəsində fikrin formalaşması istiqamətində istifadə edə bilərdi və etdi də. Düzdür, bir çoxları pafoslu çıxışlar edərək bu məsələdə özlərini qəhrəman, problemin həlli müəllifi kimi qələmə verməyə çalışırlar. Baxmayaraq ki, əgər məhkəmə həbsi dəyişməmiş saxlasa idi, həmin qəhrəmanlar bunu mütləq şəkildə yenə də dövlətin adına yazacaqdılar. Ancaq hər bir halda düşünürəm ki, bu məsələ məhz Azərbaycan dövlətinin maraqları və istəkləri çərçivısində baş verdi və Tofiq Yaqublunu həbsdən azad etməklə dövlətimiz ən düzgün qərarını verərək ən doğru addımını atdı".

Xəyal Bəşirovun sözlərinə görə, bununla dövlətimiz bir çoxlarının planlarını pozmaqla yanaşı, bir daha sübut etdi ki, siyasi mövqeyindən, iqtidara olan münasibətindən, ikili standartları özlərinə əsas amal seçmiş bir çox beynəlxalq təşkilatların əsassız ittihamlarından və digər faktorlardan asılı olmayaraq onu düşündürən ən vacib məqam vətəndaşının həyatı və sağlamlığıdır:

"Son olaraq qeyd edim ki, bütün şəxslər əvəzolunmaz deyil və müvəqqətidir. Əsas və daimi olan Azərbaycan dövləti və xalqıdır.
Uca Tanrı Azərbaycanı qorusun"
Xəbəri paylaş