Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Aqil Məmmədov: "“5 rayon” məsələsinə ən sərt cavabı Prezident verdi”



Newscenter.az.26.09.2020.
Azərbaycanın parlament nümayəndə heyətinin Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra “5 rayonun azad edilməsi” fikri ilə bağlı geniş diskussiyalar açılıb. Qeyd edək ki, bu iddialar Rusiya tərəfdən, konkret olaraq Sergey Lavrovun dilindən bir neçə dəfə səsləndirilib. Ona görə də, Azərbaycan heyəti ilə görüşdə eyni məsələni vurğulayıb-vurğulamaması elə də fərq etmir.

Rusiyanın nisbi anlaşma zəmnində sülhməramlı adı ilə bölgəyə yerləşmək niyyəti yeni deyil.

Bu müzakirələrdə daha çox Dağlıq Qarabağı Ermənistana birləşdirən Kəlbəcər və Laçının taleyi xalqımızı, xüsusilə, bu rayonlardan olan əhalini ciddi narahat edir.

Newscenter.az xəbər verir ki, Kəlbəcər rayonundan millət vəkili Aqil Məmmədov deyib ki, “5 rayon” məsələsinin hazırda bölgədəki gərginlik fonunda gündəmə gətirilməsi təsadüfi sayıla bilməz:

“Sergey Lavrovun Azərbaycan heyəti ilə görüşdə belə fikri söyləyib-söyləməməsindən asılı olmayaraq Azərbaycan cəmiyyətinin reaksiyası göstərdi ki, bu “müdrik” məsləhət Azərbaycanda qətiyyətlə rədd edilir. Azərbaycan xalqının fikrinin ifadəçisi olan Prezident İlham Əliyevin elə son 2-3 gündəki çıxışlarında bu məsələyə birmənalı mövqe var: İşğalçı silahlı qüvvələr işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz və istisnasız çıxarılmalıdır”.

Deputat hesab edir ki, 5 rayonla bağlı son günlərin diskussiyalarına, bu əsassız – beynəlxalq hüquqa zidd təklifə elə ən sərt cavabı da cənab Prezident verdi:

"Bu Azərbaycan dövlətinin, Azərbaycan xalqının dəyişməz mövqeyidir. Ermənistan tərəfi də, beynəlxalq güclər də bu dəyişməz mövqeni birdəfəlik qəbul etməlidir”.

Anar
Xəbəri paylaş