Newscenter.az.30.09.2020. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müraciət etmiş “ASAN xidmət”in yüzlərlə əməkdaşından 36 nəfəri könüllü olaraq ordu sıralarına çağırılıb.
Newscenter.az-a Dövlət Agentliyindən bildirilib ki, onların arasında ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının ailə üzvləri də var.
Xatırladaq ki, “ASAN xidmət”də şəhid ailələrinin 30-dan artıq üzvü və 15 nəfər qazi çalışır.
Azərbaycan Ordusuna haqq işində, Qarabağın işğaldan azad olunması yolunda tükənməz əzm və möhkəm iradə arzulayırıq.
Sevinc