Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən gün düşmən Tərtərə 147 top mərmisi, 4 raket atıb



Newscenter.az.27.10.2020. Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhəri və ətraf kəndlərə ümumilikdə 147 top mərmisi atıb.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Məlumata görə, düşmən tərəfindən Tərtər şəhəri və rayon ərazisinə ümumilikdə 4 “Smerç” raketi atılıb.

Nəticədə 1 mülki ev tamamilə dağılıb, 18 evə, 1 çoxmənzilli yaşayış binasına, 1 xidmət sahəsinə və 1 inzibati binaya ziyan dəyib.

Sentyabrın 27-dən oktyabrın 26-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən rayon ərazisinə ümumilkdə 15 300 top mərmisi atıb, 17 nəfər ölüb, 54 nəfər yaralanıb.

Nəticədə 845 evə ziyan dəyib, 132 ev, 31 yardımçı tikili, 2 sosial ev, 1 çoxmənzilli yaşayış binası, 2 istehsal obyekti, 11 ticarət obyekti, 2 inzibati bina və 2 ictimai-iaşə obyekti tamamilə dağılıb.

Bundan başqa, 64 çoxmənzilli yaşayış binasına, 66 yardımçı tikiliyə, 24 sosial obyektə, 1 abidəyə, 6 istehsal obyektinə, 3 su təchizatı obyektinə, 1 istilik təchizatı obyektinə, 26 ticarət obyektinə, 5 xidmət sahəsinə, 18 inzibati binaya, 10 məzar daşına ziyan dəyib.
Xəbəri paylaş