Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Paşinyan üçün bir yol saxlayıb-HANSI YOL?



Newscenter.az.31.10.2020. Fəaliyyəti müddətində Ermənistanı Rusiya təsirindən çıxarmaq istəyən, Ermənistandakı rus agenturasını həbsə atdıran və Qərb kəşfiyyatına ərazisində limitsiz imtiyaz tanıyan Nikol Paşinyan indi xilas üçün rəsmi şəkildə Putinin ayaqları altına sərilib.

Onun Rusiya ilə ikitərəfli müqaviləyə istinadla kömək xahişiylə Putinə müraciət etməsi, eləcə də ağsaqqalı Levon Ter-Petrosyanı danışıqlar üçün Moskvaya göndərməsi Paşinyanın son çırpıntıları olmaqla yanaşı, həm də məğlubiyyətini gələcəkdə Rusiyanın kömək etməməsi faktoruna bağlamaq cəhdidir.

Bu arada Rusiyanın Robert Koçaryanı "koronavirusa yoluxmaq" bəhanəsi ilə Petrosyandan ayırması və Ermənistanda saxlaması da çox uğurlu gedişdir.
Görünür, Rusiya Ermənistandakı əsas fiqurunun danışıqlardan əliboş qayıtmaması və ermənilər arasında nüfuzunun qorunub saxlanması üçün onun Moskvaya getməsini istəməyib.

Qısası, Putin dabanyalayan Paşinyana bircə yol saxlayıb: istefa!

İndi Paşinyan ya istefa verərək, hakimiyyəti Rusiyanın istədiyi adama ötürməli, ya da hakimiyyətdə qalmaq istəyirsə, məğlubiyyətini Rusiyanın kömək etməməsi və erməni xalqının vuruşmaq istəməməsi tezisi üzərində quraraq, müqavimət göstərməli və açıq şəkildə Azərbaycanla anlaşmaya hazır olduğunu elan etməlidir.

O da mümkündür ki, Paşinyan təslim olmaq bəyanatını özü yox, artıq Azərbaycan Ordusunun mühasirəsinə düşmək üzrə olan qondarma "DQR"-in "prezidenti" Araik Arutyunyanın diliylə səsləndirsin...

Elxan Şükürlü-Ədalət Partiyasının Siyasi Şurasının üzvü
Xəbəri paylaş