Newscenter.az.14.11.2020. Dağlıq Qarabağda əldə edilmiş atəşkəs razılaşmasına təmas xətti boyu əməl olunur.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.
O, indiyədək tərəflər arasındakı təmas xətti boyu sülhməramlı əməliyyat çərçivəsində qurduqları 12 post vasitəsilə vəziyyətin 24 saat müşahidəsini həyata keçirdiklərini deyib.
Həmçinin bu gündən etibarən Rusiya hərbi polisinin Dağlıq Qarabağ ərazisində keşik çəkməyə başladığı da diqqətə çatdırılıb.
Rusiya Müdafiə Nazirliyi nümayəndəsinin sözlərinə görə, həmçinin Şuşa yaxınlığında onların dəstəyi ilə meyitlərin qarşılıqlı təhvilinə başlanılıb.