Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşğaldan azad edilmiş ərazilərdə meliorasiya və irriqasiya obyektlərinin texniki vəziyyəti qiymətləndiriləcək



Newscenter.az.14.11.2020. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində (ASC) işğaldan azad olunan ərazilərimizdə suvarma sistemlərinin bərpasına həsr edilmiş onlayn görüş keçirilib.

Newscenter.az-a qurumdan daxil olan xəbərə görə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Görüşdə Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Xocavənd, Tərtər, Bərdə, Goranboy, Yevlax, Ağcabədi, Beyləqan rayonlarının meliorasiya idarələrinin və “Azdövsutəslayihə” institunun rəhbərləri iştirak ediblər.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, ilk növbədə, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə olunan tarixi qələbə, əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə görüş iştirakçılarını təbrik edib.
ASC sədri bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdəki su ehtiyatları Azərbaycanın su imkanlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır. Diqqətə çatdırılıb ki, işğal olunmuş torpaqlarımızda 9 su anbarı, 7 sututarı, 6426 kilomert suvarma şəbəkəsi, 2 hidroqovşaq, 330 kilometr kollektor-drenaj şəbəkəsi, 803 hidrotexniki qurğu, 88 nasos stansiyası, 1429 subartezian quyusu vardı. Ümumilikdə isə, 125 min 800 hektar suvarılan torpaq sahəsi işğal altında qalmışdı.

Əhməd Əhmədzadə qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə ASC-nin balansında olan meliorasiya və irriqasiya obyektlərinin inventarlaşdırılması, texniki vəziyyətinin qiymətləndirilməsi, onların bəpası və fəaliyyətinin təmin edilməsi üçün təkliflərin hazırlanması məqsədilə əmr imzalanıb və sədr müavini Rafiq Aslanovun rəhbərliyi ilə müvafiq komissiya yaradılıb. Həmçinin əmrə əsasən noyabrın 16-dan Qubadlı Suvarma Sistemləri İdarəsinin fəaliyyəti bərpa olunub.

Sonra ASC sədrinin müavini Rafiq Aslanov işğaldan azad olunan ərazilərimizdə irriqasiya və meliorasiya sistemlərinə dəymiş zərərin dəqiqləşdirilməsi istiqamətində görüləcək işlərdən danışıb. Diqqətə çatdırıb ki, Şanlı Ordumuzun azad etdiyi ərazilərimizdəki su təsərrüfatı və meliorasiya obyektlərinin sayının daha dəqiq müəyyən edilməsi üçün yaradılan komissiya tərəfindən aparılacaq araşdırma nəticəsində istifadəyə yararlı olan su təsərrüfatı və meliorasiya obyektləri müəyyən ediləcək. Qələbədən sonra həmin obyektlərin işə düşməsi su təminatı çətin olan ərazilərə suyun davamlı verilməsinə, əkin sahələrinin genişləndirilməsinə, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranacaq. Bütün bunlar isə son nəticədə ölkədə bol məhsuldarlığın yaranmasına imkan verəcək.

Rafiq Aslanov onu da qeyd edib ki, düşmən həmin torpaqlarda olan hidrotexniki qurğuları tamamilə sıradan çıxarıb, talan edib. Bu baxımdan komissiya üzvlərinin qarşısında çox məsuliyyətli vəzifə durur və tezliklə hidrotexniki qurğuların inventarlaşdırılması həyata keçirilməli, təkliflər hazırlanmalıdır. Bu işlərə “Azdövsutəslayihə” İnstitutunun əməkdaşları da cəlb olunub. Meliratorlar artıq həmin ərazilərdə suvarma işinin təşkili ilə bağlı işlərə başlayıblar və bu iş maksimum qısa müddətdə başa çatdırılmalıdır.

Sonra rayon suvarma sistemləri idarələrinin rəhbərləri ilə görüləcək işlər müzakirə olunub.

Sevinc
Xəbəri paylaş