Newscenter.az.14.11.2020. Bu gün işğaldan azad edilmiş ərazilərdə melirasiya və irriqasiya sistemlərinin bərpası ilə əlaqədar keçirilmiş tədbir çərçivəsində Qubadlı Suvarma Sistemləri İdarəsinin təsis edilməsi elan edildi.
Bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə elan etdi.
O, işğal altında olan ərazilərin Suvarma Sistemləri İdarəsinin fəaliyyət göstərdiyini bildirib.
Qeyd edək ki, işğaldan azad edilən yerlərdə səhmdar cəmiyyətinin balansında olan obyektlərin inventarlaşdırması, onların vəziyyətinin ilkin qiymətləndirilməsi və hazırlıq tədbirləri məqsədilə qurumun sədr müavini Rafiq Aslanovun rəhbərliyi ilə Komissiya yaradılıb. Qubadlı Suvarma Sistemləri İdarəsinin təsis edilməsi məsələsi də bununla bağlı əmrdə öz əksini tapıb.