Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyalı ekspert: "“Su-30″ qırıcıları Azərbaycanla döyüşlərdə faydasız oldu”



Newscenter.az.14.11.2020. “Ermənistan ordusunun gücünü artırmalı olan Su-30 qırıcıları Azərbaycanla döyüş əməliyyatlarında faydasız oldu”.

Trend-in məlumatına görə, bunu rusiyalı ekspert Boris Sokolov deyib. Onun sözlərinə görə, bunun səbəbi erməni pilotların yeni Su-30 qırıcılarının idarəetməsini öyrənə bilməməsi olub.

Ekspert bildirib ki, bir çox erməni generalı və zabiti müharibəyə sovet yanaşması sərgiləyir, ona görə də döyüşlər zamanı çoxsaylı səhvlərə yol verilib.

Eyni zamanda Ermənistan özü də müasir texnikanın mənimsənməsi ilə bağlı problemlrin olduğunu etiraf edib. Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Ovannisyan müsahibələrinin birində bildirmişdi ki, yeni texnikanın öyrənilməsinə 1-2 il vaxt tələb olunur.
Xəbəri paylaş