Newscenter.az.17.11.2020. “Şəhərsalma ilə bağlı həm Azərbaycan, həm də xarici mütəxəssisləri işğaldan azad edilmiş ərazilərə dəvət edirik”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı deyib.
Onun sözlərinə görə, yeni şəhərsalma planı qurulacaq: “Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası ilə bağlı planlar var. Hamısını da icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq. Düşməni məhv etdik, üçrəngli bayrağımızı ucaltdıq. Bütün qalan məsələləri də həll edəcəyik”.