Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KATV1 Azərbaycan Ordusunun Qələbəsinə həsr olunmuş “Gözün Aydın Qarabağ!” yeni musiqili videolayihəni təqdim etdi-VIDEO



Newscenter.az.17.11.2020. KATV1 müzəffər Azərbaycan Ordusunun Qələbəsinə həsr olunmuş “Gözün Aydın Qarabağ!” yeni musiqili videolayihəni təqdim etdi.

KATV1 brendi adı altında fəaliyyət göstərən “AG Telecom” şirkətindən Newscenter.az-a verilən xəbərə görə, “Gözün Aydın Qarabağ!” musiqi layihəsinin məqsədi Qarabağı işğaldan azad olunmasında iştirak etmiş və başda müzəffər Ali Baş Komandan olmaqla hər bir Azərbaycan hərbiçisini Böyük Qələbə ilə təbrik etməkdir.

Layihə Milli Dirçəliş Günü ərəfəsində ictimaiyyətə təqdim edilmişdir.

Layihənin Bəstəkar və ifaçısı Xalq Artisti Tünzalə Ağayeva, sözləri Fariz Zeynalov, rejissor Ülviyyə Könül, operator isə Elmir Suleymanovdır.

“Gözün Aydın Qarabağ!” KATV1-in reallaşdırması nəzərdə tutduğu “Yeni Tarix” silsiləsinin ilk layihəsdir. Şirkətdən birdirdilər ki, “Yeni Tarix” silsiləsi Azərbaycanın yeni nailiyyətlərinə, xüsusən də azad olmuş rayonların inkişafına həsr olunmuş videolayihələrin hazırlanmasını və ictimaiyyətə təqdim edilməsini nəzərdə tutur.

AG Telecom-dan qeyd etdilər ki, “Azərbaycanın hər bir nailiyyəti nəinki ölkə miqyasında, həmçinin də qlobal müstəvidə təqdim edilməlidir və musiqi layihələri bu məqsədlərə çatmaq üçün ən effektiv alət hesab edilə bilər. Hazırlanmış musiqi layihəsi qlobal sosial şəbəkələr ilə yanaşı, həmçinin türkdilli ölkələrin teleməkanında da geniş yayımlanacaqdır”.
Xəbəri paylaş