Newscenter.az.17.11.2020. “Türkiyə Sülhmərmlı qüvvələrinin Azərbaycana göndərilməsi barədə sənəd TBMM təqdim edildi. TBMM bu sənədi təsdiq etdikdən sonra, sülhməramlılar Azərbaycana göndərilir”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, hərbi kontingentin işğaldan azad edilən ərazilərdə yerləşdirilməsi nəzərdə tutulur:
“Bu hərbi kontingent əsasən Xocavənd, Şuşa və Kəlbəcər ərazisində yerləşdirilə bilər. Rusiya və Türkiyə arasında iki günlük danışıqlar nəticəsiz başa çatıb. Tərəflər sadəcə monitorinq mərkəzində birgə əməkdaşlıqda razılaşıb. Türk sülhməramlıların Xankəndi və Laçında birgə patrul və sülhmərmlı kimi fəaliyyətini Moskva qəbul etmir”.
Politoloq deyib ki, TSK-nın işğaldan azad olunmuş Hadrut, Xocavənd və Şuşada yerləşdirilməsi mütləq lazımdır:
“Rusiyanın bununla təsir və təzyiqləri neytrallaşacaq. Həmçinin regionda balansı tənzimləyəcək. Moskva Xankəndində avtonom idarə mərkəzi yaratamaqda maraqlı görünür. Burada separatçıların lideri Arayik Arutunyan və ona tabe olan silahlı birləşmələrin qalmasına yaşıl işıq yandırıb. Bu, Rusiya Azərbaycan anlaşmasına ziddir və Kremlin avantürist siyasətinin bariz nümunəsidir”.
Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyənin prosesdə olması və hərbi dəstəyi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir: “Rusiya Türkiyə ilə ortaq məxrəcə gəlməyə məcburdur.
Türkiyə Cənubi Qafqaza 100 ildən sonra, Azərbaycanın bu çətin məqamında yenidən yanında oldu və öz hərbi dəstəyi ilə tək qoymadı. Regionda ciddi siyasi bir dönəm baş verir. Siyasi konturları Ankara və Rusiya müəyyən edir. Burada Türkiyə strateji baxımdan qalibdir. Rusiya Cənubi Qafqazda əsasən kiçik bir ərazidə iki min nəfərdən az bir kontingentlə ciddi bir geopolotik üstünlük qazana bilməyəcək. Rusiya Ermənistanı və Azərbaycanı bu müharibədə itirdi. Bu gün Türkiyə Gürcüstan və Azərbaycanla birgə, bir müddətdən sonra üç rayon qaytarıldıqda Türkiyə ilə Ermənistan sərhədləri açıldıqdan sonra, regionda Rusiyanın mövqeyi kifayət qədər zəifləyəcək”
Mehman