Newscenter.az.17.11.2020. Sosial şəbəkələrdə yayılan fotodakı meyitin kimliyi məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, həmin şəxs noyabrın 15-i saat 16 radələrində Nəsimi rayonu ərazisində intihar edib.
Bununla bağlı “Report” noyabrın 16-da məlumat da yayıb.
Belə ki, Əliyev Ramin Alməmməd oğlu kirayə yaşadığı binanın qarşısında özünə məxsus odlu silahla atəş açaraq özünü baş nahiyəsindən vuraraq öldürüb.
Foto binanın pəncərəsində sakinlər tərəfindən hadisə olan gün. yəni, noyabrın 15-də çəkilib. R.Əliyev 10-AA-317 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin arxa hissəsində qan içərisində yerə uzanıb. Meyitin yanında isə onun intihar etdiyi odlu silah var.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.