Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DQİDK sədri “Din və etiqad azadlığının irəlilədilməsi üzrə üçüncü nazirlər konfransı”nda çıxış edib



Newscenter.az.18.11.2020. ABŞ hökumətinin təşəbbüsü və Polşa hökumətinin təşkilatçılığı ilə 16-17 noyabr 2020-ci il tarixlərində videokonfrans formatında keçirilən “Din və etiqad azadlığının irəlilədilməsi üzrə üçüncü nazirlər konfransı”nda nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla 60-a yaxın dövlətinxarici işlər nazirləri və müavinləri, dinazadlığı üzrə xüsusi səfirlər iştirak ediblər.

Cari ilin iyul ayında Polşanın paytaxtı Varşava şəhərində keçirilməsi planlaşdırılan üçüncü nazirlər konfransı dünyada yayılan pandemiya səbəbindən dəfələrlə təxirə salınmış və sonda tədbirin 16-17 noyabr tarixlərində virtual olaraq keçirilməsi qərara alınmışdı. Tədbirdə ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı təmsil edib.

Newscenter.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki. videokonfransı Polşa Respublikasının Xarici İşlər Naziri Zbiqniev Rau açaraq din və etiqad azadlığının fundamental insan hüququ olduğunu vurğulayıb,dünyada bir çox insanların, xüsusən də dini azlıqlara mənsub olanların bu təməl haqqının pozulması ilə qarşılaşdıqlarını və COVID-19 pandemiyası dövründə bu problemin daha da artdığını bildirib. Nazir, həmçinin konfrans iştirakçılarını din və etiqad azadlığını qorumaq və təşviq etmək üçün səylərini artırmağa çağırıb.
Videokonfransın açılış mərasimində çıxış edən ABŞ Dövlət katibi Mayk Pompeo konfransa ev sahibliyi etdiyinə görə Polşa hökumətinə minnətdarlığını bildirərərək bu qəbildən olan tədbirlərin din və etiqad azadlığının təmin edilməsisahəsində səylərin davam etdiriləcəyinin göstəricisi olduğunu qeyd edib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı videokonfransda çıxış edərək ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dinlərarası dialoqun mərkəzinə çevrilmiş Azərbaycanın müasir dövrdə həyata keçirdiyi dünyəvilik, tolerantlıq və multikultural dəyərlərə söykənən dövlət-din modelivə siyasətindən bəhs edib, dövlət səviyyəsində dini konfessiyalara və icmalara göstərilən diqqət və qayğıdan danışıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzünə toxunan Dövlət Komitəsinin sədri Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonunun işğalı zamanı baş vermiş hadisələri-azərbaycanlıların öz yurdlarından qovulması, qətl edilməsi, tarixi dini-mədəni abidələrimizin, yaşayış məntəqələrinin ermənilər tərəfindən dağıdılması, məscidlərimizin tövləyə çevrilməsi, donuz saxlanılmaqla təhqir edilməsi, o cümlədən tarixi Qafqaz Albaniyasına məxsus kilsələrin erməniləşdirilməyə məruz qalması faktlarını vurğulayıb.

Eyni zamanda cari il sentyabr ayının 27-dən noyabr ayının 10-dək Ermənistan tərəfinin başladığı hərbi hücumlar nəticəsində Azərbaycanın münaqişə zonasına aid olmayan yaşayış məntəqələrinin raket zərbələrinə məruz qalması zamanı ümumilikdə 100-ə yaxın mülki şəxsin qətlə yetirilməsini də qeyd edən M.Qurbanlı məruzəsində Azərbaycanın həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində işğalçı Ermənistanın ağır məğlubiyyətə uğradıldığını, 30 ilə yaxın müddətdə düşmən tapdağında olan ərazilərimizin azad edildiyini vəhəmin ərazilərdə quruculuq işləri aparılacağını, bütün tarixi dini abidələrin bərpa ediləcəyini bildirib.

Həmçinindüşmənin öz təcavüzünə dini don geyindirmə cəhdini də ifşa edən Dövlət Komitəsinin sədriölkəmizdə müsəlman, xristian, yəhudi və.s. dinlərin nümayəndələri kimi minlərlə erməninin sərbəst yaşadığını, Bakının mərkəzində Erməni Apostol Kilsəsinin dövlət tərəfindən qorunduğunu iştirakçıların nəzərinə çatdırıb.

Çıxışının yekununda M.Qurbanlı müasir günümüzdə insanlar arasında vəhdət və harmoniyanın yaradılmasını, dini liderlər tərəfindən ekstremizm, terrorizm və separatizmin tənqidinə yönəlik çağırışların edilməsini dinlərin insanlara verəcəyi əsas töhfə kimi qiymətləndirib.
Nazirlər konfransının əksər iştirakçıları məruzələrində əsasən dövlətləri tərəfindən aparılan din və etiqad azadlığı sahəsindəki uğurlu siyasətdən bəhs edib, həmçinin bir çox məruzəçilər ayrı-ayrı ölkələrdə, xüsusən də Avropa ölkələrində dini zəmində baş vermiş terror hadisələrini vurğulamaqladünyadakı din və etiqad azadlığınınhazırkı vəziyyətindən narahatlıqlarını dilə gətiriblər.

Nazirlər konfransının ilk gününün müzakirələrini yekunlaşdıran Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibi Piotr Vavrzik din azadlığının təmin edilməsində beynəlxalq ictimaiyyət tərəfindən dinlərarası dialoq və müasir texnologiyalardan düzgün istifadə kimi həyata keçirilə biləcək bir sıra konkret fəaliyyətə diqqət çəkib.

Qeyd edək ki, Nazirlər konfransının gedişində din və etiqad azadlığının qorunması sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə iştirakçılar tərəfindən münasibət bildirilməsi üçün səkkiz bəyanat irəli sürülüb. Həmin bəyanatlarda dinlərarası dialoqların irəlilədilməsi, COVID-19 pandemiyası dövründə din və etiqad azadlığının qorunması, eləcə də dinə və inancına görə zülmə məruz qalan azlıqların qorunması, din xadimlərinin sülh quruculuğuna verdiyi töhfə, Dayanıqlı İnkişaf Məqsədləri ilə din azadlığı arasındakı əlaqələr, din azadlığı sahəsində savadlılığın rolu, texnologiyaların istifadəsi barədə məsələlər öz əksini tapıb.Din və etiqad azadlığının təmin edildiyi, dini azlıqların hüquqlarının qorunduğu və dinlərarası dialoqun hökm sürdüyü inkluziv cəmiyyətin təşviqatçısı olan dövlət kimi Azərbaycan tərəfi də adıçəkilən bəyanatlara qoşulub.

Məlumat üçün bildiririk ki, 2018-ci ildən ABŞ hökumətinin təşəbbüsü ilə başladılan nazirlər konfransının ötən ilin 16-18 iyul tarixlərində ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilmiş tədbirində ölkəmizi təmsil edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məruzə ilə çıxış edib və mühüm görüşlər keçirərək Azərbaycan dövlətinin din azadlığının qorunması ilə bağlı apardığı multikultural və tolerant siyasəti barədə geniş məlumat verib. Vaşinqton konfransının yekunu olaraq, din azadlığının irəlilədilməsi üzrə irəli sürülmüş bəyanatlarınbir neçəsinə Azərbaycan tərəfi də qoşulub.

Mehman

Xəbəri paylaş