Newscenter.az.6.12.2020. Zaman-zaman Azərbaycanda yüksək post tutan məmurlar, nazir və komitə rəhbərlərinin malik olduqları sərvəti Avropaya transfer etdikləri, orada isə həmin biznesin onların övladları, nəvələri tərəfindən idarə edildiyi barədə KİV-lərdə materiallar dərc edilib. Həmin məlumatlar adıkeçən məmurlar və onların ailə üzvləri tərəfindən təkzub edilsə də, ortada olan faktlar yazılanların həqiqət olduğunu təsdiqləyir.
Avropada geniş biznes sahibi olan keçmiş məmurlardan biri baş nazirin sabiq müavini Abid Şərifovdur. Newscenter.az xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənlinin verdiyi məlumata görə, Abid Şərifovun biznes fəaliyyəti əsasən Böyük Britaniyada geniş yayılıb. Sabiq baş nazirin müavininin biznesini Böyük Britaniyada onun 29 yaşlı nəvəsi Nicat Mahmudov idarə edir. Məlumata görə, Nicat Mahmudovun atası Məmməd Mahmudov isə paytaxtdakı 6 saylı cəzaçəkmə müəssisəsinin rəisidir.
Babası Abid Şərifovun yığdığı milyonlar hesabına 20 yaşından Londonda biznes fəaliyyəri ilə məşğul olan Nicat Mahmudov eyni zamanda Şəkidə 4 hektar ərazidə yerləşən Şəki Park hotel kompleksinə də sahibdir.
NEWSCENTER.AZ