Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda yeni ehtiyat fasiləsiz enerji mənbəyi sistemi yaradılır



Newscenter.az.26.12.2020. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Zuğulba qəsəbəsində yerləşən obyektdə yeni ehtiyat fasiləsiz enerji mənbəyi sisteminin yaradılması üçün avadanlıqların, mal-materialların və digər zəruri quraşdırma işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Bestcomp Group” MMC-dir.

Qalib şirkətə 2 mln 691,8 min manat ödəniləcək.
Xəbəri paylaş