Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada koronavirusa yoluxanların sayı 80 milyonu ötüb



Newscenter.az.26.12.2020. Dünya üzrə koronavirusa yoluxanların ümumi sayı 80 160 183 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 756 365 nəfərə çatıb.

Bu barədə koronavirus pandemiyasının statistikasını aparan “Worldometer” saytı məlumat yayıb.

Qeyd olunub ki, infeksiyaya yoluxan 56,4 milyon pasiyent sağalıb.

Hazırda koronavirusdan 21 971 032 nəfər müalicə alır, 105 889 pasiyentin vəziyyəti ağırdır.
Xəbəri paylaş