Newscenter.az.26.12.2020. İsmayıllı rayonunda babasını öldürən Vüsal Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report” xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Rəşid Hüseynovun icraatına verilib.
Qeyd edək ki, hadisə bu il mayın 10-da Bizlan kəndində qeydə alınıb.
1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi, 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb və ağır işgəncə ilə qətlə yetirib. Daha sonra qardaşının evinə gedərək onu öldürmək istəsə də, onun qaçdığını görərək evini yandırıb.
İsmayıllı Rayon Polis Şöbəsinin və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törədən şəxs Bakıda tutularaq istintaqa təhvil verilib. Hadisənin mülk üstündə baş verdiyi bildirilir.
V.Qədirova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.