Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ilqar Altay yazır: "Putin siyasətində yeni tendensiya"



Newscenter.az.13.01.2021. Zaman dəyişir, yeni dõvr gəlir, yeni tarix yaranır. Yeni tarixdə o gõrünür ki, Putin və ümumiyyətlə Rusiya: imperiyalı, sovetli, postsovetli tarixdə ilk dəfədir ki, Azərbaycana bərabər hüquqlu qonşu, əməkdaş dõvlət kimi yanaşır. Daxili insanpərvər dəyişikliyə uğrayıb kõnül xoşluğundanmı, yaxud zaman və şərait dəyişikliyi məcburiyyətindənmi bu hala gəlib Rusiya, Putin, fərq etmir. 2020-ci il Azərbaycanın Rusiya imperiyası təsirindən tam qurtarıb, sərbəst müstəqilləşdiyi bir dõnüş ilidir.

Bu dõnüşün kõkündə Azərbaycan xalqının səbri və iradəsi, dõvlətimiz və onun rəhbərinin tədbirli və bilgili siyasəti, ordumuzun Qarabağ zəfəridir! 2020-ci il uğurlu dõnüşünün nəticələrini mütləq, 2021-də gõrməliydik. Budur, yeni il yanvarın 11-i Moskvada Azərbaycan, Rusiya və Ermənistanın liderləri arasındakı Qarabağ ətraflı danışıqlar və nəticələri bunu təsdiq etdi. Təsdiq etdi ki, Putin nəhayət, Azərbaycanla ənənəvi hegemon böyuk qonşu dõvlət rolundan, bərabər hüquqlu, sayqılı, ədalətli əməkdaşlıq roluna keçib.. Necə, nədən?
Moskva danışıqlarından məlum oldu ki Moskva, Putin artıq, Qafqazda hegemonçuluq ideologiya xətti ilə Ermənistana arxa tərəf çıxmanı buraxıb, regionda sülh və qarşılıqlı mənfəət əməkdaşlığı xətti ilə Azərbaycanı üstün tutma yõnü gõtürüb.
V. Putin danışıqlarda:

1. Dağlıq Qarabağın statusu barədə müzakirəni belə, açmayıb, mənasız və mümkünsüz bilərək. Paşinyanın bundan narazı qalıb, ATƏT-in Minsk qrupuna bu məsələ ilə müraciət etmə eyhamını da iqnor edərək, status sõhbətini buraxıb Putin.

2. Regionda iqtisadi, nəqliyyat kommunikasiya açılışları razılaşmasına Dağlıq Qarabağ ərazisi içindəki yolların, kommunikasiyaların da açılışı şərtlərini əlavə edib! Yəni, Naxcıvan dəhlizi, ya Ermənistan-Ìran-Rusiya kommunikasiya açılım tədbirləri ilə bərabər, ana Azərbaycanla Dağlıq Qarabağ arasında nəqliyyat, enerji, rabitə və s. açılımlar edilir. Bununla, Şuşa, Kəlbəcərə yollar açılır, DQ-a işığı, qazı, rabitəni Azərbaycan verir. Xankəndinə yeni dəmir və şosse yolları çəkilir. Yəni, DQ-kı erməni əsilli Azərbaycan vətəndaşı iqtisadi yolla ana Azərbaycana inteqrasiya edir.

3. Üç õlkənin baş nazir müavinləri həmsədrliyi ilə yaradılan daimi işçi qrupu eyni zamanda da DQ-dakı iqtisadi və nəqliyyatın açılımı üzərində işləyəcək. Yuxarıda gõstərilən açılım həlli üçün.

4. Rusiya Azərbaycan-Naxcıvan-Türkiyə dəhlizi təhlükəsizliyini üzərinə gõtürmək adı ilə, Mehri bõlgəsinnin bõyük bir ərazisində yurisdiksiya statusunu õz əlinə alır və yəqin ki, azı, 50 illlik. Beləliklə, onsuz da, xüsusilə, Qarabağ savaşını uduzmaqda Rusiyanı səbəbkar sayıb inciyərək Qərbə üz tutan Ermənistandan 2 hərbi bazanı və Mehri, strateji kommunikasiya ərazisini ələ keçirir. Bununla, Rusiya Ermənistanın bu, 30 il dõvrü ona olan on milyardlarca dollar bocunu qismən qapaya bilir. Azərbaycan isə, borcsuz!

5. Gõrüşün mənzərəsindən də Putinin Əliyevi Paşinyandan daha isti, yaxın qarşıladığı bilinir: ilk Ì. Əliyevlə qucaqlaşıb gõrüşdü, ikili sõhbəti Ì. Əliyevlə daha çox səmimi və işgüzar məqsədli apardı, gõrüş bitəndən sonra, Paşinyan dərhal çıxaraq õlkəsinə yollandı, Ì. Əliyev isə Kremldə qalıb, bəzi sõhbətləri xeyli davam etdirib və s.

6. Əvvəl də, müşahidə və analizlərimlə güman edrdim, bu gõrüşdən sonra daha aydın olur ki:

Rusiya prezidenti V. Putin Azərbaycan-Türkiyə birliyi ilə, Qafqaz regionunda dost, əməkdaşlıq yaxınlığında münasibətdə olma və DQ-ı tədrici, qanuni-hüquqi yolla statussuz-filansız, oradakı ermənilərin (əgər qalarlarsa) bizə inteqrasiyası ilə, Azərbaycana təhvil vermə qərar-planındadır. Yaxın zamanlar bu, getdikcə, aydın gõrsənəcək.

Və bunu da qeyd etməliyik ki. Bütün bu müsbət yõnlü, vacib dəyişikliklər Azərbaycan və Türkiyə prezidentləri Ìlham Əliyev və Təyyub Ərdoğanın birgə siyasi fəaliyyət və zəhmətinin nətəcəsidir.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin sədri
Xəbəri paylaş