Newscenter.az.6.03.2021. İşğaldan azad olunan ərazilərdə ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının vaksinasiyasına start verilib.
“Report” xəbər verir ki, ilk gündə 100 sərhədçinin COVID-19 xəstəliyi əleyhinə peyvənd olunmaları təşkil edilib.
COVID-19 xəstəliyi əleyhinə vaksinasiya strategiyasına əsasən bu günədək Dövlət Sərhəd Xidmətinin 2000-dən artıq hərbi qulluqçusu vaksinasiya olunub.