Newscenter.az.8.03.2021. “Müasir Azərbaycan qadınının uğurlu, məğrur və nümunəvi siması hörmətli I Vitse-prezident Mehriban xanım Əliyevanın simasında hər birinizə möhkəm can sağlığı, ailə səadəti və bir Azərbaycan qadını kimi dinamik ölkəmizin gələcəyi və çiçəklənməsi naminə gördüyünüz işlərdə davamlı müvəffəqiyyətlər arzulayıram. Xüsusilə, şəhid anaları, bacıları, övladları və ömür yoldaşlarına xoş diləklərimi çatdırır, igid övlad böyütdükləri, ataları və qardaşları ilə sonsuzadək fəxr etdikləri və əbədiyyətədək qəhrəmanlarımız ilə addımladıqları üçün qarşılarında baş əyirəm”.
Newscenter.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Könül Nurullayevanın 8 mart beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarına ünvanladığı təbrik mesajında əksini tapıb. Millət vəkili ümid etdiyini bildirib ki, sürətli dəyişikliklərin baş verdiyi müasir dünyamızda bütün qadınlarımız daim mədəni-mənəvi zənginliklərimizin və maarifçiliyimizin yaşadılması üçün çalışacaq, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunun inkişafına xüsusi töhfə verəcək:
“Onu da qeyd edim ki, əlamətdar gün münasibətilə Nizami rayonunda yerləşən 3, 62, 210, 220, 227, 229, 312 saylı orta məktəblərin, “Zəngi” liseyinin, Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 saylı Xüsusi İnternat məktəbinin, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin və 1 saylı Uşaq Evinin direktorlarına, eləcə də 201 saylı orta məktəbin direktor müavininə, 7№-li Doğum evinin, 1№-li Uşaq xəstəxanasının, 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının, 4№-li Vərəm Əleyhinə Dispanserinin, 6№-li Təcili Yardım Stansiyasının, 17 və 19 №-li Uşaq poliklinikalarının baş həkimlərinə, həmçinin Respublika Gigiyena və Epidemalogiya Mərkəzinin baş direktoruna, Nizami rayon İcra Hakimiyyətinin müavininə, Nizami rayon YAP idarəsinin sədrinə, Nizami rayon Mərkəzi Kitabxanası direktoruna və digər xanımlarımıza təbrik məktubumuzu ünvanladıq. Sözügedən xanımlarımızın simasında bütün Azərbaycan və dünya qadınlarını bir daha ürəkdən təbrik edirəm. Daima ucalın, məğrur Azərbaycan qadınları!”
Ruhiyyə