Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qafqazda yenidən şimal-cənub rüzgarları əsməkdədir



Newscenter.az.29.03.2021. Regionda münasibətlər yenidən mürəkkəbləşməyə doğru inkişaf edir. Okeanın o tayından və Avropadan təhdid və təhlükələr səngiməmiş yenidən bölgəmizdə soyuq şimal küləkləri əsməyə başladı.

Ötən həftə islam dövləti İraqın müdafiə nazirinin Ermənistana səfəri ilə bölgəmizdə cənub küləkləri də əsməkdədir. Regionda baş verən hadisələri aşağıdakı istiqamətlər üzrə komplektləşdirə bilərik:

1. Qarabağ ətrafında son günlər yenidən qızışan konfrantasiya ritorikası, xüsusilə Rusiya tərəfdən müəyyən təhdid və barışa xidmət etməyən bəyanatların səslənməsi (müdafiə naziri Sergey Şoyqu və Baş Qərərgah rəisi Valeri Gerasimov);
2. Rusiya sərhədlərinin separatçı ərazilər (Dombas, Luqansk, Dinestryanı, Qarabağ və s.) hesabına genişləndirilməsi ilə bağlı beynəlxalq hüququn təməl prinsiplərinə zidd imperalist fikirlərin səslənməsi (Rusiyanın şovinist dili Mironovun son bəyanatı);
3. İslam dövləti İrakın müdafiə nazirinin ötən həftə Yerevana rəsmi səfəri və orada Ermənistana müttəfiq münasibətləri haqda fikirləri, saxta soyqırım abidəsi və 44 günlük Vətən müharibəsində məhv edilmiş işğalçı ordunun əsgərlərinin qəbrinə baş çəkməsi, darmadağın edilmiş ordunun qurulmasına hərtərəfli yardım edilməsilə bağlı fikirlər səsləndirməsi, 13 istiqaməti, o cümlədən hərtərəfli hərbi yardımı əks etdirən sazişin imzalanması;
4. Qərbi Avropa dövlətləri və ABŞ tərəfindən son vaxtlar Rusiyaya qarşı addımların kəskinləşməsi fonunda Rusiyanın daha da aqressivləşməsi və bu proseslərin Qafqazda sülhə yarada biləcəyi təhlükələr;
5. Ermənistanda cərəyan edən hadisələr: növbədənkənar parlament seçkiləri, 17 partiyanın keçici dövr üçün vahid namizədi Manukyanın seçkilərdə iştirakdan imtinası, Sarkisyan və Koçaryan arasında Respublikaçılar partiyası uğrunda mübarizə, Paşinyanın istefa barədə bəyanatı;
6. Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında gözlənilən növbəti Moskva görüşü, görüşdə kommunikasiya əlaqələri ilə bağlı ehtimal edilən müzakirələr;
7. Bir neçə gün öncə Paşinyanın, martın 28-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryanın komunikasiya əlaqələri, Zəngəzur dəhlizininin açılması, eyni zamanda Türkiyə və Azərbaycan haqda, müharibənin nəticəsi kimi ortaya çıxan mövcud reallıqlarla bağlı səsləndirdiyi nisbətən realist və müsbət fikirlər;
8. Və ən son və region üçün ən maraqlı hadisə: Çin və İran arasında 25 il ərzində 400 milyard dollarlıq investisiya axınını nəzərdə tutan razılaşmanın imzalanması (Rusiya və ABŞ azlıq edirdi, şərqdən də Çin gəldi bölgəmizə deyək, nə demək istədiyimiz aydın olsun).

P.S. Bu istiqamətləri 29 mart saat 10.00-da ARB 24 kanalının canlı yayımında, "İşgüzar səhər" proqramında və sabah hazırlayacağım geniş yazıda təhlil edəcəm.

Anar Əliyev,
Tarix üzrə fəlsəfə doktoru, politoloq
Xəbəri paylaş