Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“AzerGold” QSC-nin Müşahidə Şurasının iclası keçirilib



Newscenter.az.5.04.2021. Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2021-ci il tarixli Sərəncamına əsasən tərkibi yenidən formalaşdırılmış “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (“AzerGold” QSC) Müşahidə Şurasının 2021-ci il üzrə ilk iclası keçirilib.

Newscenter.az-a daxil olan xəbərə görə, müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəfin sədrliyi ilə videoformatda keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov və İdarə Heyətinin digər üzvləri iştirak ediblər.

İlk olaraq “AzerGold”un Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Müşahidə Şurasının sədri R.Nəcəf iclasda vurğulayıb ki, “AzerGold” fəaliyyət göstərdiyi qısa müddət ərzində dağ-mədən sahəsində ciddi uğurlar qazanaraq, Azərbaycanın qeyri-neft sektorunun aparıcı ixracatçıları sırasında qərarlaşıb. Hazırda dövlət şirkəti yeni inkişaf dövrünə qədəm qoyur. Müşahidə Şurası qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Cəmiyyətin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcək. Müşahidə Şurası “AzerGold” QSC-nin İdarə Heyəti ilə əməkdaşlıq müstəvisində çalışacaqdır.

İclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədi ilə həyata keçiriləcək tədbirlər, “AzerGold”un korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının fəaliyyətinin təşkili, şirkətin idarə olunmasında Azərbaycan İnvestisiya Holdinqinin rolu və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Sevinc
Xəbəri paylaş