Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şabranda COVID-19 xəstəsi yaşadığı ünvanı tərk edib



Newscenter.az.8.04.2021. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Şabran rayon sakini Akif Kərimova COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, lakin adı çəkilən şəxs karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan A.Kərimovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Mehman
Xəbəri paylaş